Cəbhə xəttində tutulan erməni kəşfiyyatçının ailəsi BQXK-ya müraciət edib
Bu barədə APA-ya açıqlamasında BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, hərbçinin ailəsi qurumun Ermənistan nümayəndəliyinə müraciət edərək, onun taleyinə aydınlıq gətirilməsini xahiş edib. İ.Hüseynova həmin müraciət əsasında Azərbaycanın aidiyyəti qurumlarına sorğu göndəriləcəyini qeyd edib.
Qeyd edək ki, sentyabrın 11-də saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət erməni təxribat qrupunun növbəti hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri ələ keçib. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.
Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır.

Oxşar yazılar

Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir
15 iyul 2025 , 05:08
Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33