Bakıda ABŞ, İsrail və Böyük Britaniyanın bayraqları yandırıldı
15 sentyabr 2010 16:21 (UTC +04:00)

Bakıda ABŞ, İsrail və Böyük Britaniyanın bayraqları yandırıldı

Bu gün Nardaran qəsəbəsində ABŞ-da “Qurani-Kərim”in təhqir olunmasına etiraz olaraq mitinq keçirilib. APA-nın xəbərinə görə, kənd sakini Hacı Əli Hüseynov dünyada sionizmin təhriki ilə İslam dininə qarşı kampaniya aparıldığını deyib. O bildirib ki, ABŞ demokratiya pərdəsi altında bəşəriyyətə qarşı cinayətlərinin sayını artırıb.


Nardaran kənd məscidinin Axundu Hacı Nuhbala isə qeyd edib ki, “Quran”ın cırılması müsəlmanları tapdalamaq deməkdir. O, dünya müsəlmanlarını ABŞ-a və beynəlxalq sionizmə qarşı mübarizəyə çağırıb: “Bütün bunlar onu göstərdi ki, müsəlmanın müsəlmandan başqa dostu yoxdur”.


Aksiyada “ABŞ-a ölüm!”, “İsrailə və onun müttəfiqlərinə ölüm!”, ““Quran”ı yandıranlarla, onun yandırılmasına fitva verənlərə ölüm!”, “Xəyanət, xəyanət, Salman Rüşdiyyə lənət!“, “Ağ Ev dağılsın!”, ““Hizbullah” oyaqdır, “Qurani-Kərim”ə dayaqdır!” şüarları səsləndirilib.


Sonda İsrail, Böyük Britaniya, ABŞ bayraqları yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar