Polis idarəsi qarşısında intihara cəhdlə bağlı rəsmi məlumat yayıldı
Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin qarşısında baş verən intihara cəhd hadisəsi barədə məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, özünə xəsarət yetirən Anar Əmirov quldurluq törətdiyi üçün polis tərəfindən saxlanılıbmış.
Naməlum şəxs Bakı şəhərində yerləşən 4 saylı Klinik Xəstəxanada müalicə alan 80 yaşlı Xanım Nağıyevaya zor tətbiq edərək onun içərisində pul və şəxsi sənədləri olan çantasını əlindən alıb. Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Anar Əmirov tutulub. O, tutularkən özünü bıçaqlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, APA hadisə barədə bu gün səhər məlumat yayıb. Məlumata görə, Bakı şəhər sakini, 25 yaşlı Anar Əmirov Nəsimi rayon Polis İdarəsinin qarşısında özünü bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən bir neçə ağır bıçaq xəsarəti alan A. Əmirov ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən APA-ya verilən məlumata görə, A. Əmirovun vəziyyəti ağır olaraq qalır.

652