Nəsimi rayon Polis İdarəsinin qarşısında intihara cəhd
Bakıda polis idarəsinin qarşısında intihara cəhd olub. APA-nın məlumatına görə, hadisə ötən gecə Nəsimi rayon Polis İdarəsinin qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 25 yaşlı Anar Əmirov naməlum şəraitdə özünü bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən bir neçə ağır bıçaq xəsarəti alan A. Əmirov ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən APA-ya verilən məlumata görə, A. Əmirovun vəziyyəti ağır olaraq qalır. Onun özünə qəsd etməsinin səbəbləri isə məlum deyil.
Nəsimi rayon Polis İdarəsindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

714