Azərbaycanda 90 min hektar ərazi suyun altında qalacaq
Bu gün Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Bakıda iqlim dəyişməsinə dair seminar keçirilib.
“APA-ECONOMICS”in məlumatına görə, seminarda çıxış edən AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin iqlim dəyişməsi üzrə baş mütəxəssisi Piter Xeys (Piter Hayes) qeyd edib ki, bəzi hesablamalara əsasən, XXI əsrin sonunda dünyada havanın orta temperaturunun 3-7 dərəcə artacağı proqnozlaşdırılır ki, Mərkəzi Asiya və Azərbaycanda artımın təxminən 3-5 dərəcə təşkil edəcəyi gözlənilir: “Azərbaycan üçün isə ayrılıqda artımın təxminən 1 dərəcə olacağı proqnozlaşdırılır. Eyni zamanda, Azərbaycanda əsrin ortalarında Xəzər dənizində suyun səviyyəsinin 150 sm artması və bunun nəticəsində 88 min hektar sahilyanı ərazinin suyun altında qalması gözlənilir”.
P.Xeys həmçinin bildirib ki, region iqlim dəyişkliyinə adaptasiya olunmalıdır və bunun üçün müvafiq tədbirlərin keçirilməsi, tədbirlər nəticəsində hazırlanacaq layihələrin icrası vacibdir.
Tədbirdə həmçinin müxtəlif ölkələrdə adambaşına düşən və havaya atılan karbon qazının həcmi qeyd olunub: Azərbaycanda bu rəqəmin təxminən 6 ton olduğu bildirilir. Eyni zamanada qeyd olunub ki, son 10 il ərzində Azərbaycanda havanın orta temperaturu 0,4-,0,9 dərəcə artıb.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd CAREC ölkələrindən olan və bu sahədə çalışan mütəxəssislərin biliklərini artırmaqdır. Eyni zamanda, seminarın gündəliyinə iqlim dəyişməsinin nəticələrinin yumşaldılmasına dair mexanizm və planlar daxildir ki, iştirakçılar özləri iqlim dəyişməsi üzrə layihələr hazırlaya bilər. Bu layihələrin gələcəkdə maliyyələşdirilməsi istisna olunmur.
Bundan başqa, tədbirdə “Elm və təsir” və “İqtisadi təsir” mövzularında təqdimatlar keçirilib.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.

563