“Masallı Mamed" 3 il həbs cəzası aldı
APA-nın məlumatına görə, hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, M. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.
M. Hüseynov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.
Uzun müddət Rusiyada yaşayan “Masallı Mamed” bir müddət əvvəl Masallı rayonunda keçirilən toy mərasiminə iştirak edən zaman polis tərəfindən saxlanılıb. Onun üzərindən narkotik vasitə olan heroin aşkarlanıb.
Qeyd edək ki, “Masallı Mamed” hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

772