Zəlimxan Yaqub: “Özümü yaxşı hiss etmirəm”
13 sentyabr 2010 12:42 (UTC +04:00)

Zəlimxan Yaqub: “Özümü yaxşı hiss etmirəm”

Bunu Lent.az-a Türkiyənin “Amerikan” xəstəxanasında böyrəyindən əməliyyat olunan xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib. Artıq bir neçə gündür, Bakıya qayıdan şair burada da həkim nəzarətindədir. Ancaq buna baxmayaraq, havaların qəfil soyuması da onun səhhətinə mənfi təsir göstərib: “Havaların soyuması da mənə pis təsir göstərdi. Özümü soyuğa verdim. Bu da ağrılarımın bir az daha artmasına səbəb oldu. Hələ tikişlər də sökülməyib. Sentyabrın 15-də tikişlər söküləndən sonra vəziyyətimin bir az düzələcəyinə inanıram”.


Z.Yaqubun sözlərinə görə, onun işə qayıtması da səhhətindən asılıdır. Şair özünü yaxşı hiss edən kimi yenidən işinin başına dönməyə çalışacaq: “Xəstəlik məni yenmək istəyir, amma alınmayacaq. Gərək ağrılara qalib gəlim. Çünki mən mübariz adamam. Ruhum cismimdən daha güclüdür. Ümid edirəm ki, tezliklə toparlanıb ayağa qalxacağam. Fürsətdən istifadə edib, sizin vasitənizlə səhhətimlə maraqlanan, mənə görə narahat olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10