Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozub
13 sentyabr 2010 10:13 (UTC +04:00)

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 12-də saat 09.15-dən 09.35-dək, 17.25-dən 17.30-dək və sentyabrın 13-də saat 00.20-dən 00.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, Davex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, sentyabrın 12-də saat 08.10-dan 08.20-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.25-dək və 21.10-dan 21.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 23.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar