Sulutəpədə tükürpədən faciə: iki körpə yanıb öldü
Azərbaycan paytaxtında yaşayış evi yanıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
Hadisə bu gün səhər saat 07.00 radələrində, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Ümumi sahəsi 60 kv/m olan iki otaqlı evin 47 kv/m sahəsi tam yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.
Yanğın kəşfiyyatı zamanı ev sahibi, 33 yaşlı Anar Rzayev, onun övladı, 1 yaşlı Cavad Razayev və iki həftə əvvəl dünyaya gəlmiş övladının yanmış cəsədi tapılıb. A. Rzayevin həyat yoldaşı 31 yaşlı Elnarə Rzayeva isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən ilkin araşdırmalar nəticəsində yanğına qaz sobasındakı nasazlığının səbəb olduğu məlum olub.

543