İsmayıllıda kütləvi qətl: 3 ölü
Bu barədə APA-ya rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, sentyabrın 9-da rayon sakini, 1967-ci il təvəllüdlü Ehtiram İsrail oğlu İsmayılov həmyerlisi, 1976-cı il təvəllüdlü Sərdar Mirzəxan oğlu Aslanovu ov tüfəngi ilə başından vuraraq qətlə yetirib. Bu zaman S.Aslanovun qardaşı Ramil qisas almaq məqsədilə daşla Ehtiram İsmayılovun başından vuraraq ağır yaralayıb. Davaya E.İsmayılovun qardaşı, 1969-cu il təvəllüdlü Kamran da qarışıb. R.Aslanov hər iki qardaşı bıçaqlayaraq öldürüb.
Həmyerlilər arasında mübahisəyə səbəb avtomobil idarə edərkən bir-birinə yol verməmək olub.
Rayon Polis İdarəsi əməkdaşları tərəfindən R.Aslanov yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

761