Vladiqafqazda terror aktında həlak olan azərbaycanlıların adları açıqlanıb
APA-nın “Ria Novosti”yə istinadən yaydığı məlumata görə, həlak olan azərbaycanlılar Məmmədova soyadlı yaşlı qadın və onun Elnur adlı 18 aylıq nəvəsidir. Şimali Osetiyadakı Azərbaycan diasporunun nümayəndələri bildiriblər ki, Məmmədova soyadlı nənə, onun gəlini Elvira, nəvələri Elnur (1,5 yaş) və Rəşad (3 yaş) terror aktı baş verən zaman bazarın yaxınlığından keçirmiş. Partlayış zamanı Məmmədova və nəvəsi Elnur xəstəxanaya çatdırılsa da onların həyatını xilas etmək mümkün olmayıb. Ağır yaralanmış Elvira və oğlu Rəşad xüsusi təyyarə ilə Moskvaya göndərilib. Hər iki yaralının durumunun ağır olduğu bildirilir. Artıq terror aktında həlak olan soydaşlarımızla Vladiqafqazda vida mərasimi keçirilib. Onların harada dəfn olunacağı açıqlanmır.
523