Partlayışda ölən və yaralananlar arasında azərbaycanlılar var
Terror aktı ilə əlaqədar Vladiqafqaz şəhər administrasiyasında yaradılan “Qaynar xətt”dən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olmasını dəqiqdir. Lakin hələlik onların dəqiq siyahısını müəyyənləşdirmək mümkün olmayıb. Şəhər administrasiyası və Rusiya Fövqəladə Hallar Nazirliyi hazırda terror aktı zamanı xəsarət alan vətəndaşlar arasında xarici ölkə vətəndaşlarının olması faktını dəqiqləşdirir.
Xatırladaq ki, Vladiqafqaz şəhər administrasiyasının rəsmi saytında partlayış zamanı ölən və yaralananların siyahısı yerləşdirilib. Ölənlər arasında Məmmədova soyadlı bir qadının da adı var. Qadının adı, milliyyəti və vətəndaşlığı haqqında məlumat yoxdur. Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında açıqlanan siyahıda isə terror aktında yaralananlar arasında Abdullayev Rafael Müzadil oğlu (1976), Əliyev Rəhim (1972), Əliyeva Zemfira, Əliyeva Nəzirə Vəzir qızı, Əliyeva Tamila (1976), Qarayev Eldar Qulu oğlu, Aşinova (soyad dəqiq olmaya bilər) Elvira Sədi qızı (22 yaş), Aşinov Rəşad Rövşən oğlu (3 yaş), Aşinov Elnur Rövşən oğlu (1,5 yaş), Yusifova İzal Amaz qızının (ad-soyad dəqiq olmaya bilər) adları da var.
Şimali Osetiya Səhiyyə Nazirliyi dünən Vladiqafqaz mərkəzi bazarında baş verən terror aktında zərərçəkənlərin ümumi sayının 158 nəfər olduğunu açıqlayıb. APA-nın məlumatına görə, hazırda respublikanın xəstəxanalarında 107 yaralı var, 11 yaralı isə xüsusi təyyarə ilə Moskvaya göndərilib. Xəstəxanalarda olan yaralılardan 4 nəfərin vəziyyəti həddən artıq ağır, 22 nəfərin vəziyyəti ağırdır. Səhiyyə Nazirliyi 77 nəfərin durumunun orta ağır, 4 nəfərin durumunun isə kafi olduğunu açıqlayıb. Digər yaralıların durumu barədə məlumat verilmir. Xatırladaq ki, terror aktı nəticəsində 18 nəfər, o cümlədən şəxsiyyəti açıqlanmayan terrorçu dünyasını dəyişib.

862