DİN Lənkərandakı hadisələrlə bağlı yazılanlara münasibət bildirdi
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Lənkəran şəhərində dindarlarla polis arasında qarşıdurma baş verməsi haqda mətbuatda yayılan məlumatlara münasibət bildirib.
S. Gözəlov APA-ya açıqlamasında deyib ki, sentyabrın 3-də saat 00.15 radələrində Lənkəranın Qumbaşı kəndi ərazisində “VAZ-2107” markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakini Elşən Hüseynovu qətlə yetiriblər. Ağır xəsarət almış digər sakin Ramin Ağamoğlanov isə xəstəxanaya yerləşdirilib: “Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla və operativ şəkildə həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində ağır cinayəti törədərək hadisə yerindən qaçmış Emil Bağırov, Ramil Hümmətov, Arif Feyzullayev, Zamin Sadıqov, habelə cinayətdə iştirak etmiş Məmmədağa Dəyyanov, Xəqani Əhədov, Məlikağa Məlikli, Orxan Dəyyanov və Zaur Həsənov saxlanılıblar”.
S. Gözəlov qeyd edib ki, müxtəlif mətbuat orqanları ictimai rəyi çaşdırmaq, hadisənin əsl səbəblərini, qanlı cinayətin açılması yönündə hüquq-mühafizə orqanları tərəfindən görülmüş tədbirlərin mahiyyətini təhrif etmək yolunu seçiblər: “Onlar bu mövzu ilə bağlı dərc etdikləri və yaydıqları materiallarda «şəhərə xüsusi təyinatlılar yeridildi», «polislə yerli sakinlər arasında toqquşma baş verdi», «gözyaşardıcı qazdan istifadə olundu, bölgədə qeyri-rəsmi fövqəladə vəziyyətdir» kimi uydurma ifadələrdən istifadə edərək, guya sentyabrın 7-də Lənkəran şəhərində 200-ə yaxın dindarla polis arasında qarşıdurma baş verdiyini iddia edirlər. Bildirirəm ki, nə sentyabrın 7-də, nə də ondan əvvəl Lənkəran şəhərində hər hansı qarşıdurma baş verməyib. Bu barədə yayılanlar isə həqiqətdən uzaq, tamamilə yalan məlumatlardır.”
DİN sözçüsü deyib ki, polislə yerli sakinlər arasında guya qarşıdurmaya səbəb olmuş digər fakt Lənkəran sakini Qismət İsayevin tutulması ilə əlaqədardır: “Əslində, məsələ belə olub - sentyabrın 2-də şəhərin “Cümə” məscidinin Axundu və onun müavini polisə ərizə ilə müraciət edərək Qismət İsayevin onların şərəf və ləyaqətlərini alçaldan hərəkətlərə yol verməklə xuliqanlıq etdiyini bildiriblər. Araşdırma aparılıb, Q. İsayev şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, həmin gün o, digər həmyerlisinə qarşı da xuliqanlıq edib. Sentyabrın 2-də məhkəmə Q. İsayevin 5 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar çıxarıb. Rayon sakinləri ilə mütəmadi olaraq problemlər yaradan Q. İsayevin tutulmasına etiraz edən 20-25 nəfər sentyabrın 7-də Lənkəran dəmir yolu vağzalının qarşısına yığışsa da hər hansı qarşıdurma baş verməyib, xəsarət alan olmayıb. İctimai qaydanı pozan 14 nəfər şöbəyə gətirilib, 4 nəfər ŞRPŞ tərəfindən cərimə olunub, 10 nəfər barəsində isə müvafiq protokollar tərtib edilməklə baxılması üçün şəhər məhkəməsinə göndərilib. Onu da qeyd edim ki, polisin gördüyü bu qətiyyətli tədbirlər vətəndaşlar tərəfindən razılıqla qarşılanıb”.

538