Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 1461 nəfər müraciət edib
03 aprel 2009 13:30 (UTC +04:00)

Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 1461 nəfər müraciət edib

Xəbər verildiyi kimi, hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirmədə qüsurlara yol verilməməsi üçün Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradılıb.


Eyni zamanda valideynlərin, çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrup fəaliyyətə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, görülən işlər artıq effektini verir. Belə ki, çağırış başlayan gündən, aprelin 1-dən 3-dək “Qaynar xəttə” 1461 zəng daxil olub. Valideynlər, çağırışçıların yaxınları “Qaynar xəttə” müraciət edərək, əsasən maraqlandıqları şəxsin hansı hərbi hissədə və ya qoşun növündə xidmət edəcəyini yerindəcə öyrəniblər.

Müdafiə Nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində fəaliyyət göstərən işçi qrupuna isə 49 zəng daxil olub. Edilən müraciətlərin 41-i barədə araşdırmalara başlanılıb və bunlarla bağlı nazirliyin rəhbərliyinə məruzə edilib. Müdafiə nazirinin tapşırığı əsasında vətəndaşların sorğularının obyektiv qaydada yerinə yetirilməsi üçün vaxtında qəti tədbirlər görülüb. İşçi qrupuna edilən digər 8 müraciətin isə qanunun tələblərindən kənar olduğu aşkar edilib və həmin zəng edən vətəndaşlara onların yerinə yetirilməsinin mümkün olmadığı bildirilib.



Əlaqə telefonlarını bir daha xatırladırıq:



«Qaynar xətt» - 438 61 10; 439 55 14; 439 23 55; 439 90 28.

Şikayət və ərizələr üzrə işçi qrup – 438 61 31; 438 61 74.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1388

Oxşar yazılar

Abşeronda biznesmen özünü asdı

Abşeronda biznesmen özünü asdı

12 aprel 2025 , 19:20
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

12 aprel 2025 , 16:41
Şamaxıda zəlzələ   oldu

Şamaxıda zəlzələ oldu

12 aprel 2025 , 16:04
Sərxoş olub maşının yerini unutdu,  polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

12 aprel 2025 , 15:43
Rayonda hamı onu axtarır

Rayonda hamı onu axtarır

12 aprel 2025 , 15:39
Aeroport yolunda QƏZA

Aeroport yolunda QƏZA

12 aprel 2025 , 15:04