Həmsədrlər təmas xəttindədirlər
08 sentyabr 2010 10:20 (UTC +04:00)

Həmsədrlər təmas xəttindədirlər

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün səhər Bərdə rayonuna gələn diplomatlar rayon İcra Hakimiyyətində görüş keçirdikdən sonra Tərtərə yollanacaqlar. Onlar Tərtər rayon İcra Hakimiyyətində də görüş keçirdikdən sonra Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqi izləyəcəklər. Monitorinq zamanı onların təmas xəttinin qarşı tərəfinə keçməsi planlaşdırılır.

Qeyd edək ki, həmsədrlər sentyabrın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb, “Azərbaycan Respublikasının Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvləri ilə görüşüblər.

Onların bu gün Xankəndində, sabah isə İrəvanda görüşləri nəzərdə tutulur.

Fransalı vasitəçi B. Fasie səfərin yekununa dair bəyanatla çıxış edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar