Məscidə silahlı basqınla bağlı daha 2 nəfər yaxalandı
Sentyabrın 2-də Lənkəranda məscidin yaxınlığında baş vermiş silahlı insidentdə iştirak etmiş daha 2 nəfər tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, hadisə yerindən qaçmış Orxan Dəyyanov və Zaur Həsənov yaxalanıblar.
Onlar sentyabrın 2-də tüfənglə Elşən Hüseynovu qətlə yetirib, Ramin Ağamoğlanovu isə yaralayıblar. Adı çəkilən şəxslər DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Masallı RPŞ, Lənkəran ŞRPŞ və Lənkəran Rayon Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Vüqar Baba

628