Daha bir reket qəzetin 4 əməkdaşı həbs olunub
Onlar Tovuz rayonunda sahibkarlardan hədə-qorxu yolu ilə pul tələb ediblər
Azərbaycanda daha bir reket qəzetin baş redaktoru və əməkdaşları həbs olunublar.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 9-da “Qanun və Gerçəklik” ictimai-siyasi qəzetinin baş redaktoru Eldar Əsgərov, qəzetin şöbə müdiri Peyman Sadıqov, Gəncə şəhər sakinləri Bəxtiyar Cəfərov və Elnur Yusifov saxlanılıblar.
Onların həbsinə səbəb Tovuz rayonu ərazisindəki 4 yeməkxanada videoçəkiliş aparmaları, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə sahibkarlar Kazım Allahverdiyev və Yeganə Babayevanın hərəsindən 400 manat almaları, habelə İslam Ağayevdən və Ülkər Hacıyevadan isə pul tələb etmələridir.
Faktla əlaqədar cinayət işi başlanmışdır. Araşdırmalar aparılır.

Oxşar yazılar

Qubada yanğın törədən TUTULDU
14 avqust 2025 , 09:44
Qəbələdə DƏHŞƏT: 11-ci sinif şagirdi anasına görə, qonşunu bıçaqladı
14 avqust 2025 , 09:28
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi
13 avqust 2025 , 21:41
Şamaxıda qadın sürücü maşını aşırdı: 1 ölü, 6 yaralı var - YENİLƏNİB
13 avqust 2025 , 20:32
Azərbaycanlı gənc dayanacaqda maşınla insanları əzdi
13 avqust 2025 , 18:57
Azərbaycanda 29 hamilə qadın ölüb - STATİSTİKA
13 avqust 2025 , 17:03
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
13 avqust 2025 , 14:48