Ermənilər qəbiristanlığa gedən Ağdam sakinlərini atəşə tutub
Azərbaycan hərbçiləri qəbiristanlıqda olan sakinləri təhlükəsiz əraziyə çıxara biliblər
Bu gün Ağdam rayonunun Mirəşelli kənd qəbiristanlığına Novruz bayramı münasibəti ilə ziyarətə gedən kənd sakinləri atəşə tutulub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri işğal altında olan Baş Qərvənd kəndi ərazisindən sakinlərə avtomatlardan atəş açıblar. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub. Azərbaycan hərbçiləri qəbiristanlıqda olan sakinləri təhlükəsiz əraziyə çıxara biliblər.
Qeyd edək ki, qəbiristanlıq qoşunların təmas xəttinin 100-150 metrliyində yerləşir. Yerli sakinlər dəfn mərasimlərinə və ziyarətə getmək üçün səngərdən istifadə edirlər.

Oxşar yazılar

Dəhşətli cinayət: Anası və sevgilisi öldürdü, parçaladı və zibil kimi atdılar
4 avqust 2025 , 15:48
Qaxda kafedə araq içən kişi ÖLDÜ
4 avqust 2025 , 14:34
Ermənistan ordusunun Mingəçeviri atəşə tutmasından zərərçəkənlər ifadə verdilər
4 avqust 2025 , 13:50
Astarada faciə - avtomobildən yıxılan kişi ÖLDÜ
4 avqust 2025 , 13:05
Cəriməsi olan şəxsin ölkədən çıxışına icazə verilir? - CAVAB
4 avqust 2025 , 12:14
Köşk satıcısı 200 min dəyərində lotereya bileti oğurladı: heç nə udmadı
4 avqust 2025 , 11:59Bakıda 29 yaşlı kişi iki nəfəri birdən bıçaqladı
4 avqust 2025 , 11:15