Şəhid hərbçimizin meyitinin geri alınması üçün tədbirlər görülür
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 4-də cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Ordusuna qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha da gərginləşib. Atışma zamanı bir döyüşçümüz, 1986-cı il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədov ermənilərə yaxın təmas xəttində şəhid olub. Onun meyitini götürmək mümkün olmayıb.
Atışma zamanı Azərbaycan Ordusunun daha bir zabiti, 1976-cı il təvəllüdlü Əhməd Abdullayev yaralanıb. Hospitala çatdırılmış zabit orada dünyasını dəyişib. Şəhid doğulduğu Cəlilabad rayonunda dəfn edilib.

593