Lənkərandakı silahlı insidentə görə axtarılan şəxslər tutulub
06 sentyabr 2010 14:33 (UTC +04:00)

Lənkərandakı silahlı insidentə görə axtarılan şəxslər tutulub

Lənkərandakı silahlı insidentə görə axtarılan şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Arif Feyzullayevdən sonra cinayətdə iştirak etdiyi güman olunan Zamin Sadıqov, Məmmədağa Dəyyanov və Xəqani Əhədov tutulublar.

DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Masallı RPŞ, Lənkəran ŞRPŞ və Lənkəran Rayon Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Elşən Hüseynovu qətlə yetirən, Ramin Ağamoğlanova isə xəsarət yetirib hadisə yerindən qaçan şəxslər yaxalanıb.

Arif Feyzullayevdən 1 ədəd “TOZ-8” və 1 ədəd “TOZ-34P” markalı tüfənglər götürülüb.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar