“Ukrayna Azərbaycana rəsmi müraciət etməyib”
Bu sözləri APA-nın sorğusuna cavabında Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İmran Nəcəfov deyib. Onun bildirdiyinə görə, son günlər ölkənin və xarici dövlətlərin bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda insan orqanlarının “qara transplantasiya”sının həyata keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yer alıb: “Aparılan ilkin araşdırmalar nəticəsində Azərbaycan ərazisində insan orqan və toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməyib”.
İ. Nəcəfov cinayətkarlığa qarşı mübarizə sahəsində Ukrayna ilə qarşılıqlı əməkdaşlığın MDB və GUAM dövlətləri arasında razılaşdırılmış və qüvvədə olan müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirildiyini qeyd edib: “Mətbuat orqanlarında göstərilən xüsusatlarla əlaqədar Ukrayna hüquq-mühafizə orqanlarından bizə bu günədək heç bir müraciət daxil olmayıb. İstənilən müraciətin ediləcəyi təqdirdə, qeyd olunan qarşılıqlı əməkdaşlığa əsasən, müvafiq cavab tədbirləri həyata keçiriləcək. İnsan alverinə, o cümlədən insan və toxumalarının qanunsuz transplantasiyasına qarşı mübarizə sahəsində cinayət əməllərin ifşa edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin tərəfimizdən həyata keçirilməsi davam etdirilir”.
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin əməliyyat qrupunun bu həftə Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya açıqlamasında Ukrayna Daxili İşlər Nazirliyi Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer bildirib. Onun sözlərinə görə, Azərbaycana gəlməsi nəzərdə tutulan əməliyyat qrupu 3-4 gün ölkədə qalacaq və yerli hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparacaq. Y. Kuçer həmçinin “Qara transplantasiya” ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanları ilə Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlığına toxunaraq bununla əlaqədar birgə araşdırma aparılması məsələsinin iki ölkənin daxili işlər nazirlərinin müavinləri arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunduğunu bildirib. Tərəflər cinayətkarlığın qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Y. Kuçer “Qara transplantasiya”ların Azərbaycanın hansı klinikalarında həyata keçirilməsi barədə suala cavabında isə məlum hadisələrdə Azərbaycanın bir klinikasının adının keçdiyini deyib.

570