QuestNet-in nümayəndəsi Bakıya gəldi – EKSKLÜZİV
Hanifi İsgörən: “İstənilən rəsmi dövlət qurumuna və xüsusən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə zəruri izahatları verməyə hazırıq”
Fevralın 13-də Daxili İşlər Nazirliyinin rəsmi məlumatında adı “dələduzluq yolu dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə” kimi təqdim edilən QuestNet şirkətin Orta Asiya və Türkiyə üzrə məsulu Hanifi İsgörən 2 gün əvvəl Bakıya gəlib. Şirkət meneceri QuestNetlə bağlı ilk məlumatı Lent.az-da oxuduqları üçün redaksiyamıza müraciət etdiklərini deyib. O, təmsil olunduğu qurumla əlaqədar yayılan xəbərlərin doğru olmadığını bildirib.
İsgörən bildirib ki, əslində 41 nəfər saxlanılsa da, Nərimanov rayon məhkəməsi onlardan yalnız 4 nəfəri - ticarət agenti Valeh Ağayev və daha 3 nəfər - barəsində həbs qətimkan tədbiri seçib.
Onun sözlərinə görə, baş ofisi Honk Konqda yerləşən QuestNet şirkəti elektron ticarət platformasında fəaliyyət göstərən network marketing (şəbəkə marketinqi) şirkətidir: “QuestNet şirkətinin Azərbaycan Respublikasında rəsmi agenti 6-cı mikrorayon, Binəqədi rayonu, M.Mahmudov-Kazımovski küçəsi 16 A ünvanında yerləşən "Reach Your Aim" şirkətidir və şirkətin direktoru Valeh Ağayevdir. 10 fevral 2009-cu il tarixdə bir qrup polis əməkdaşı bizim anladığımıza görə mətbuatda gedən informasiya nəticəsində bu ofisə daxil olaraq, ofisdə işləyən əməkdaşları, həmin vaxt orada təsadüfən olan qonaqları DİN-in Baş İdarəsinə aparıblar. Həmin gün polis işçiləri digər ünvanlarda fəaliyyət göstərən şirkətin distributorlarının işlədiyi ofislərə də daxil olub, onları da DİN-in Baş İdarəsinə aparıb, həmçinin, ofislərdəki kompüter və digər texniki avadanlıqları da özləri ilə götürüb aparıblar. QuestNet Azərbaycan Respublikasının qanunvericiliyinə və rəsmi dövlət qurumlarının fəaliyyətinə hörmətlə yanaşdığına görə, baş verən hadisələrlə bağlı çox narahatdır”.
Hanifi İsgörən məlumat verərək bildirib ki, 10 illik fəaliyyət tarixi olan QuestNet beynəlxalq birbaşa satış və şəbəkə marketinqi biznesi şirkətidir. Şirkət milyonlarla insanlara elektron ticarət platformasında şəxsi bizneslərini qurmaq üçün böyük imkanlar yaradır, bunun üçün insanların İT bilgilərini inkişaf etdirir və biznes vasitələri ilə təmin edir.
Şirkət məsulu deyib ki, Azərbaycan Respublikasının “Elektron ticarəti haqqında” qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq, QuestNet şirkətinin fəaliyyəti Azərbaycanda da təşkil olunub. QuestNet-in Azərbaycanda rəsmi agenti “Reach Your Aim” şirkətidir. “Reach Your Aim” şirkəti Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. “Reach Your Aim” şirkətinin fəaliyyətinin hüquqi tənzimlənməsi QuestNet şirkəti ilə bağlanmış 09 oktyabr 2008-ci il tarixli müqavilə əsasında Bakıda fəaliyyət göstərən İntellekt Holdinq Şirkətlər Qrupu həyata keçirir.
“QuestNet hüquqi, demokratik dövlət qurulmuş Azərbaycan Respublikasında bu şirkətin fəaliyyətinin ictimaiyyət tərəfindən yanlış anlaşılmasından narahatdır. Baş vermiş hadisələr və şirkətin distributorlarının saxlanması şirkətin biznes modeli haqında informasiya və məlumatın olmaması və yanlış informasiya nəticəsində baş verib. Bu anlaşılmazlığın aradan qaldırılması və şirkətin fəaliyyətinin nədən ibarət olmasını izah etmək üçün istənilən rəsmi dövlət qurumlarına və xüsusən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə zəruri olan izahatları verməyə istəyirik və buna hazırıq. Ümid edirik ki, Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə yol verilən qanuni fəaliyyətlə məşğul olan şirkətin əməkdaşları barədə aparılan istintaq hərəkətləri yalnız qanunçuluq prinsipləri əsasında, qərəzsiz aparılacaq və yaxın günlərdə bütün anlaşılmazlıqlara aydınlıq gətiriləcək. Ümid edirik ki, səlahiyyətli orqanlar bizə öz mövqeyimizi izah etmək üçün imkan yaradacaqlar” – deyə, o əlavə edib.
Yayılmış məlumatlarda bəzi alıcılara sifariş etdiyi malların çatdırılmamasına gəlincə, menecer bunun anlaşılmazlığın nəticəsində ortaya çıxan yanlış məlumat olduğunu bildirib: “DİN-in yaydığı rəsmi məlumatdan da göründüyü kimi, şirkətin Binəqədi rayonu ərazisindəki ofisinə baxış zamanı oradan 859 ədəd müxtəlif zərgərlik və s. məmulatları götürülüb. Həmin məmulatlar QuestNet şirkətinin Azərbaycanda ticarət agentinə göndərdiyi məmulatlardır ki, onlar da alıcılarına çatdırılmalı idi. Yəni, şirkət Azərbaycandakı alıcılarına çatdırılması üçün əvvəlcədən müxtəlif məmulatları ticarət agentinin ofisinə göndərib ki, onların çatdırılmasında sonradan yarana biləcək texniki problemlərin qarşısı alınsın. Hazırda alıcılara çatdırılmalı olan məmulatlar DİN-in Baş İdarəsində saxlanılır”.
Hanifi İsgörən bəyan edib ki, QuestNet şirkəti saxta və qanunazidd piramidalara qarşı mübarizə aparmaqda inadlıdır: “Azərbaycan Respublikasında yaradılmış əlverişli hüquqi və iqtisadi mühit QuestNet kimi ciddi və nəhəng şirkətlərin qanuni fəaliyyətinə şərait yaradır. Hüquq-mühafizə orqanlarının saxta şəbəkə alverçilərinə qarşı apardığı mübarizə və qanuni tədbirlərinə biz də dəstək verməyə hazırıq”.
Qeyd edək ki, Hanifi İsgörən Almaniyada doğulub böyüyüb, Türkiyə vətəndaşıdır, hazırda Tailandda yaşayır.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi “Quest net” firması adı altında fəaliyyət göstərən şəbəkənin iyirmi mindən çox vətəndaşı aldadaraq, külli miqdarda qazanc götürməsi barədə məlumat yayıb. Nazirlik məsələ ilə bağlı 41 nəfərin saxlanıldığını, vətəndaşlara çəkisi 3 qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən 10 dəfə baha qiymətə - 800-1500 ABŞ dollarına satıldığını və külli miqdarda qazanc götürüldüyünü də qeyd edib. Məlumatda o da bildirilib ki, bu şəbəkənin başçıları piramida üsulu ilə qurulan cinayətkar şəbəkəyə cəlb olunmuş vətəndaşlardan alınan pullar hesabına özlərinə yüksək əməkhaqqı götürüb, eləcə də ofis, kommunal və digər xərclərini ödəyiblər.
Nazirlik məlumatında 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verildiyini, daha 15 minə yaxın sadəlövh vətəndaşın isə hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadıldığını da qeyd edib. Polis Binəqədi rayonunda yerləşən ofisə baxış zamanı 859 ədəd müxtəlif zərgərlik məmulatı, hədiyyələr, kompüterlər, habelə hesabatlar və digər sənədlər aşkar edilərək götürüb.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Pərvin Abbasov

2784