Ata 1 yaşlı qızını döşəməyə çırparaq öldürdü
Buna körpənin çox ağlaması səbəb olub
Türkiyənin Ağrı vilayətinin Şərqi Bəyazid rayonunda ata 1 yaşlı körpəsini qətlə yetirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, körpənin çox ağlamasından qəzəblənən 28 yaşlı Ayxan Tanrıqulu uşağını yerə çırparaq öldürüb. Hadisə şənbə günü baş verib.
Gecəyarısı qızı Asiyanın ağlamaq səsinə oyanan Ayxan Tanrıqulu onu qucağına alıb və evin döşəməsinə çırpıb. Körpə yerindəcə keçinib. Hadisə qızın anası, 29 yaşlı Söyləməz Tanrıqulunun gözləri qarşısında baş verib.
Ata doğma qızını öldürəndən sonra cəsədini həyətdə basdırıb. Ertəsi gün Söyləməz Tanrıqulu hadisə barədə əvvəlcə qonşularına, sonra polisə məlumat verib. Bundan dərhal sonra Ayxan Tanrıqulu tutulub. O, polisə ifadəsində “səsə yuxudan oyandım, nə etdiyimi xatırlamıram”,- deyib.

Oxşar yazılar

Şəkidə 11 yaşlı uşaq müəmmalı şəraitdə öldü
25 avqust 2025 , 10:19
Bakıda daha bir İran aşiqi həbs edildi
25 avqust 2025 , 09:50
“Sədərək” ticarət mərkəzindəki yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB
25 avqust 2025 , 09:35
Qəbələdə fındıq bağında narkoplantasiya aşkarlandı
25 avqust 2025 , 09:21
Ağstafada 37 yaşlı kişini maşın vurdu
25 avqust 2025 , 08:00
İnsanda ət milçəyi sürfələri ilə ilk yoluxma halı aşkar edildi
25 avqust 2025 , 03:51
İdmançı Bosfor boğazını keçərkən yoxa çıxdı
25 avqust 2025 , 01:33