Lerikdə qısqanclıq zəminində qətl
Lerik rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lerik sakini bir neçə ay əvvəl qadın qohumuna sataşmış həmyerlisini bıçaqlayaraq öldürüb.
Məlumata əsasən, 38 yaşlı İdrak Vahabov 39 yaşlı Natiq Əliyevi çoxsaylı bıçaq zərbələri ilə öldürərək meyitini avtomobil yolunun kənarına atıb. Hadisə yerindən qaçan İ.Vahabov yaşadığı Bakı şəhərinə gələrək polisə təslim olub və işlədiyi cinayəti etiraf edib.
O bildirib ki, bir neçə ay əvvəl Natiq Əliyev onun qadın qohumuna sataşıb, indi həmin hadisənin intiqamını alıb.
Lerikdə hadisə yerindən mərhumun avtomobilinin də sıldırımdan düşərək parçalanmış “UAZ 469” markalı avtomobili tapılıb. Qətli törədən şəxs maşını atmadığını, Natiq Əliyevlə söhbət edən zaman avtomobilin özünün hərəkət edərək sıldırımdan düşdüyünü söyləyib.
Vüqar Baba

Oxşar yazılar

Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10
Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02
Novxanı və Görədildə bağ evlərindən oğurluq edənlər saxlanıldı - VİDEO
3 iyul 2025 , 16:00
İzmirdə yanğın fəlakəti - FOTOLENT
3 iyul 2025 , 15:17
Məktəb direktoru faciəvi şəkildə öldü
3 iyul 2025 , 14:00