Kürəkən qayınatasının gözləri önündə intihar edib
04 sentyabr 2010 16:40 (UTC +04:00)

Kürəkən qayınatasının gözləri önündə intihar edib

APA-nın Qarabağ bürosunun məlumatına görə, özünü öldürən şəxs Bərdə rayonunun Kətəlparaq kənd sakini, 1980-ci ildə anadan olmuş Cəlilov Cabir Şahlar oğludur.

Qohumlarının APA-ya verdiyi xəbərə görə, C.Cəlilov uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb. Bu yaxınlarda Vətənə dönən Cabir Tərtərə - qayınatasıgilə gəlib, oradan da qohumları ilə birgə rayonun Kəngərli kəndindəki ziyarətgaha gedib. O, elə ziyarətgahdaca özü ilə gətirdiyi bıçaqla özünə iki dəfə xəsarət yetirib və aldığı yaralardan yerindəcə keçinib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar