Paytaxtda törədilən 4 qətllə bağlı rəsmi məlumat yayıldı
İdarədən APA-ya verilən məlumatda bildirilir ki, paytaxtın hüquq-mühafizə orqanlarının çevikliyi və peşəkarlığı sayəsində son bir həftə ərzində Bakı şəhərində baş vermiş 4 ağır qətl hadisəsi isti izlərlə açılıb. Belə ki, avqustun 10-u saat 22 radələrində Yasamal rayonu, Zərdabi küçəsində 30-35 yaşlarında naməlum kişi bıçaqlanıb. İki bıçaq yarası ilə Respublika Klinik Xəstəxanasına çatdırılan şəxs çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmayıb. Məlumat aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə (PB) verilib. Dərhal şəhər və rayon prokurorluğu, BŞBPİ Cinayət Axtarış İdarəsi, Yasamal RPİ əməkdaşları hadisə yerinə gəlib. Qətlə yetirilən şəxsin üstündə şəxsiyyətini təsdiq edən sənəd olmadığından əvvəlcə onun kimliyini müəyyən etmək mümkün olmayıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində öldürülən şəxsin Bakı şəhər sakini İlham Quliyev olduğu müəyyənləşdirilib. Əməliyyat-axtarış tədbirləri hadisəni törədərək qaçan şəxsin kimliyinin müəyyənləşdirilməsi və həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində davam etdirilib. Müəyyən edilib ki, İlham Quliyev borcunu qaytarmadığına görə şəxsi münaqişə zəminində tanışı, Bakı şəhər sakini İmaməli İsgəndərov tərəfindən qətlə yetirilib. Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Yasamal RPİ, şəhər və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini İ. İsgəndərov avqustun 12-də tutularaq istintaqa təhvil verilib.
Digər bir qətl hadisəsi isə avqustun 11-də törədilib. H. Cavid prospektində kirayədə yaşayan Tovuz rayon sakini Zamid Qasımov və Yadigar Kuzminin üzərində çoxsaylı bıçaq xəsarəti olan meyitləri aşkar olunub. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ CAİ, Yasamal RPİ və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər - Zaur Muradov, Məqsəd Həsənquliyev və Qəhrəman Ağayev avqustun 13-də saxlanılıblar. Hər üç şəxs günahını etiraf edərək Z. Qasımov və Y. Kuzmini tamah məqsədilə qəsdən qətlə yetirdikləri barədə ifadə veriblər. Şübhəli şəxs qismində saxlanılanlar öldürülənlərə məxsus dörd ədəd mobil telefon aparatını, bir ədəd noutbuk kompüterini və cinayət aləti kimi istifadə etdikləri iki ədəd bıçağı istintaqa təqdim ediblər.
Avqustun 16-da isə Səbail rayonu ərazisində törədilmiş qətl hadisəsinin üstü açılıb. Qətl hadisəsi avqustun 12-də Neftçilər prospektində yerləşən istifadəsiz tikilidə törədilib. Orada üzərində iki bıçaq xəsarəti olan 40-45 yaşlı naməlum kişi meyiti aşkar olunub. Araşdırma nəticəsində qətlə yetirilmiş kişinin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, o, daimi yaşayış yeri olmayan Maksim Məcidovdur. Səbail RPİ CAŞ və 9-cu PB-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Xanlar Şıxəliyev şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, X. Şirəliyev spirtli içki aludəçisidir və tüfeyli həyat tərzi keçirir. O, dindirmə zamanı etiraf edib ki, tanışı mərhum M. Məcidovu ona olan borcunu qaytarmadığına görə şəxsi münaqişə zəminində qətlə yetirib.
Sonuncu qətl hadisəsi isə Sabunçu rayonu ərazisində qeydə alınıb. Avqustun 3-də Maştağa sakini Həmidağa Quliyevin itkin düşməsi ilə əlaqədar Sabunçu RPİ 14-cü PB-yə məlumat verilib. BŞBPİ CAİ, Sabunçu RPİ və MTN əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Rəsul Babayev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. R. Babayev etiraf edib ki, 3 avqust 2010-cu il tarixdə həmyerlisi Həmidağa Quliyevi şəxsi münaqişə zəminində bıçaqla qətlə yetirib. Dərhal R. Babayevin yaşadığı evin həyətinə baxış keçirilib, həyətdəki quyudan üzərində qana bənzər ləkələr olan şalvar, köynək və bıçaq aşkar edilərək götürülüb. Müəyyən edilib ki, mərhum H. Quliyev fərdi ticarətlə məşğul olan R.Babayevdən hədə-qorxu ilə dəfələrlə pul alıb və qaytarmayıb. H. Quliyev avqustun 3-də növbəti dəfə R. Babayevdən pul almaq üçün saat 23 radələrində onun yaşadığı evə gəlib. R. Babayev üstündə gəzdirdiyi bıçaqla onun ürək və qarın nahiyəsindən iki bıçaq zərbəsi vuraraq qətlə yetirib. Sonra R. Babayev H. Quliyevin meyitini Samur-Abşeron su kanalının Maştağa qəsəbəsi yaxınlığından keçən hissəsinə aparıb və suya atıb. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində H. Quliyevin meyiti Samur-Abşeron kanalının Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində aşkar edilib.
Hazırda hər 4 qətl hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir.

682