“Aqrolizinq” MMC-nin filial rəhbərinə 7 il həbs cəzası verildi
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Vüqar Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, keçən prosesdə prokuror V.Zeynalovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
İttihama görə, V.Zeynalov rəhbərlik etdiyi Aqrolizinq MMC-nin Bərdə rayon filialının rəhbəri vəzifəsində işləyərkən dövlət büdcəsindən rayonun kənd təsərrüfatının inkişafına ayrılmış 160 min manatı mənimsəyib.
O, Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, V. Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

631