Rusiyada yaralanan azərbaycanlının vəziyyəti yaxşılaşır
20 avqust 2010 13:00 (UTC +04:00)

Rusiyada yaralanan azərbaycanlının vəziyyəti yaxşılaşır

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Qelmolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun direktoru Vladimir Neroyev jurnalistlərə bildirib ki, 16 yaşlı Qərib Həsənovun müalicəsi davam edir: “Oğlanın vəziyyəti ağırdır. Bir gözü əməliyyat edilərək götürülüb, digər gözünün durumunda isə müsbət dinamika müşahidə olunur”.


Xatırladaq ki, terror aktında yaralanmış soydaşımızın qardaşı Emin Həsənov APA-ya verdiyi açıqlamada Qərib Həsənovun huşunun özündə olduğunu, lakin görmə qabiliyyətini itirdiyini deyib. Həkimlər hələlik soydaşımızın gözündə əməliyyat aparılması ilə bağlı qərar verməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar