Rusiyadakı partlayışda yaralanan həmyerlimizin vəziyyəti ağırdır
19 avqust 2010 18:30 (UTC +04:00)

Rusiyadakı partlayışda yaralanan həmyerlimizin vəziyyəti ağırdır

Bu gün həkimlər Qərib Həsənovun əməliyyat olunub-olunmayacağı barədə qərar qəbul edəcəklər


Avqustun 17-də Pyatiqorskda baş verən partlayışda yaralanmış azərbaycanlı Qərib Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir. Bu barədə APA-ya soydaşımızın əmisi Malik Həsənov məlumat verib: “Qəribin huşu özündədir, bizimlə danışır. Lakin görməsində problem var, faktiki olaraq gözləri görmür. Bu gün Qəribin əməliyyatı olunması ilə bağlı qərar qəbul ediləcək”


Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları da soydaşımızın durumu ilə maraqlanmaq üçün xəstəxanaya gəliblər. Xatırladaq ki, Pyatiqorskda kafedə baş verən partlayış nəticəsində yaralanan 29 nəfərdən vəziyyəti daha ağır olan 5 nəfər, o cümlədən 16 yaşlı Qərib Həsənov xüsusi təyyarə ilə Moskvaya aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar