Rusiyada yaralanan azərbaycanlı bir gözünü itirdi
19 avqust 2010 16:00 (UTC +04:00)

Rusiyada yaralanan azərbaycanlı bir gözünü itirdi

Həkimlər ikinci gözün görmə qabiliyyətini bərpa etməyə çalışırlar

Pyatiqorskda baş verən terror aktında yaralanmış azərbaycanlı Qərib Həsənov görmə qabiliyyətinin itirib, lakin həkimlər əməliyyatdan sonra onun gözlərindən birinin görə biləcəyini proqnozlaşdırırlar.


Bu barədə APA-ya soydaşımızın qardaşı Emin Həsənov məlumat verib: “Qərib sərbəst gəzir, danışır, amma heç nə görmür. Həkimlər onun bir gözünü xilas edə bilmədilər, buna görə əməliyyatla gözü götürməli oldular. Qərib Moskvaya gətirildikdən sonra həkimlər onun ikinci gözündə görmə qabiliyyətini bərpa etməyə çalışırlar. Həkimlər deyir ki, hər şey normal olacaq, sadəcə qardaşımın gözündə əməliyyat aparmaq lazımdır. Hələlik əməliyyatın nə vaxt keçiriləcəyi məlum deyil, bu məsələ hazırda müzakirə olunur”.


Emin Həsənov qardaşı ilə birlikdə Pyatiqorskda yaşadığını deyib: “Mən beş ildir bu şəhərdə yaşayıram, qardaşım Qərib isə 2 ildir buradadır, o texnikumda oxuyur. Partlayış zamanı mən orada deyildim, qardaşım sonradan baş verənləri mənə danışdı. Qərib həmin kafedə işləyirdi, kafenin qarşısında VAZ-2106 markalı maşın dayanıbmış. Axşam saatlarında maşında partlayış baş verib və partlayış dalğası kafeyə də zərər vurub. Qərib deyir ki, partlayışdan sonra qalxıb və başını tutub. Sonra onun başından qan axmağa başlayıb, bir gözü demək olar ki, yox imiş. Sonra Qəribi xəstəxanaya aparıblar, həkimlər onun gözünü əməliyyatla götürüblər. İkinci gözünü isə aça bilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar