“Qoca” ləqəbli Namiq Məmmədov məhkəmədə ifadə vermədi
Zərərçəkən isə prosesə gəlməyib
Avqustun 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Şəmkirli Saşa” kimi tanınan iş adamı Şahbaz Süleymanova silahlı hücum edən “Qoca” ləqəbli Məmmədov Namiq Hadı oğlunun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, 2010-cu il fevral ayının 28-dən martın 1-ə keçən gecə Yasamal rayonu ərazisində, Hüseyn Cavid parkının yaxınlığında “Şəmkirli Saşa” Şahbaz Süleymanov silahlı basqına məruz qalıb. Ş.Süleymanov “Mercedes” markalı avtomobilində olarkən, ona tapançadan atəş açılıb. Lakin güllə ona dəyməyib.
Aparılan istintaqla müəyyən olunub ki, uzun müddət Rusiyada yaşayan Şahbaz Süleymanovla Namiq Məmmədov arasında pul üstündə mübahisə yaranıb. Belə ki, “Şəmkirli Saşa” borc aldığı böyük məbləğdə pulu qaytardıqdan sonra ondan əlavə faiz tələb olunub. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açılıb.
Məhkəmə ifadə vermək üçün Namiq Məmmədova söz verib. N.Məmmədov ifadə verməyəcəyini bildirib. O, yalnız zərərçəkmiş şəxsin ifadəsindən sonra ifadə verəcəyini söyləyib.
Prosesdə zərərçəkmiş Şahbaz Süleymanov iştirak etməyib. Bu səbəbdə proses sentyabrın 2-nə kimi təxirə salınıb.
Qeyd edək ki, Namiq Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, satma, saxlama, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunur.
Fərid Əkbərov

713