Keçmiş deputatın dövlət orqanına qarşı iddiasına baxılıb
19 avqust 2010 12:45 (UTC +04:00)

Keçmiş deputatın dövlət orqanına qarşı iddiasına baxılıb

Siyəzən Rayon Məhkəməsində 1991-1995-ci illərdə Milli Məclisin deputatı olmuş Məryəm Həsənovanın “Əmək pensiyası haqqında” qanunla sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina etdiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə qarşı məhkəmə iddiasına baxılıb. Lent.az-ın məlumatına görə, hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə M.Həsənova ilə birlikdə onun nümayəndəsi qismində sabiq deputat, professor Hacıbaba Əzimov, millət vəkili Pənah Hüseyn, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyev, cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbəsinin nümayəndələri iştirak ediblər.

Məhkəmə baxışında DSMF-nun nümayəndəsi Fuad Nəsirov bildirib ki, DSMF Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyevin vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məsələ ilə bağlı yazdığı məktubunu əsas götürərək, hərəkət edib.

Prosesdə iddiaçı tərəf qanunlara təfsir (şərh) vermək hüququnun əvəllər Milli Məclisin, son illərdə isə Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid məsələ olduğunu xatırladıb. Hakim T.Qurbanov bu fikri təsdiq edib və məhkəmənin bu məqamı nəzərə alacağını bildirib.

M.Həsənova dürüst məhkəmə araşdırılmaları aparılması üçün dörd vəsatət qaldırıb və hakim vəsatətləri təmin edib.

Məhkəmə avqustun 31-də davam etdiriləcək.

Qeyd edək ki, Məryəm Həsənova 1991-ci il mart ayının 7-də Azərbaycan Respublikası Ali Sovetinin xüsusi sessiyası keçirilən zaman Sovetlər İttifaqının saxlanması ilə əlaqədar olan referendumun keçirilməsinin əleyhinə səs verən 43 deputatdan biri olub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15