İngiltərə və Azərbaycan şirkətləri arasında məhkəmə çəkişməsi başladı
18 avqust 2010 14:30 (UTC +04:00)

İngiltərə və Azərbaycan şirkətləri arasında məhkəmə çəkişməsi başladı

Avqustun 18-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində İngiltərə şirkəti “Murphy Shippinq and Commercial Services Limited” şirkətinin Azərbaycan firması “Merfi MMC” barədə qaldırdığı iddiaya baxılıb.


Lent.az-ın məlumatına görə, hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə “Merfi MMC”-nin nümayəndəsi prosesə qatılıb və işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses avqustun 25-də davam etdiriləcək.


“Murphy Shippinq and Commercial Services Limited” “Merfi MMC”-dən dəyəri 100 min dollarlarla ölçülən avtomobilləri və 5 milyon dollardan çox pul tələb edir.


Tələb olunan avtomobillərin dövlət qeydiyyatı Baş Dövlət Yol Polis İdarəsində aparıldığından bu qurum da iştirakçı qismində məhkəməyə çağırılıb.


“Merfi MMC” də öz növbəsində qarşılıqlı iddia qaldıraraq, həmin avtomobillərin özünə məxsus olduğunu və İngiltərə şirkətindən 3 milyon dollardan çox pul istəyir.




Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10