Dələduz tələbə maklerinə 9 il həbs cəzası verildi
03 sentyabr 2010 15:23 (UTC +04:00)

Dələduz tələbə maklerinə 9 il həbs cəzası verildi

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Firdovsi Məmmədova hökm oxunub. Hökmə əsasən, F.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.



İttihama görə, təqsirləndirilən Firdovsi Məmmədov Ceyhun Məmmədov adlı şəxsin qızını ali məktəbə düzəltmək adı ilə aldadaraq, ondan 17 min manat alıb. C.Məmmədovun şikayəti əsasında F.Məmmədov tutulub.


Qeyd edək ki, Firdovsi Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar