Rusiyadakı partlayışda yaralananlardan biri azərbaycanlıdır
18 avqust 2010 11:00 (UTC +04:00)

Rusiyadakı partlayışda yaralananlardan biri azərbaycanlıdır

0
Vəziyyəti ağır olan həmyerlimiz xüsusi təyyarə ilə Moskvaya göndəriləcək

Pyatiqorskda baş verən partlayışda yaralananlar arasında azərbaycanlı Həsənov Qərib Mustafa oğlu da var. Pyatoqirsk şəhər xəstəxanasından APA-ya verilən məlumata görə, Qərib Həsənovun vəziyyəti ağırdır və onun müalicə olunmaq üçün Moskvaya göndərilməsinə qərar verilib: “Hazırda Qərib Həsənov aeroportdadır və müalicə üçün Moskvaya göndəriləcək”.


Ümumilikdə terror aktı zamanı yaralanmış 29 nəfərdən beşinin - bir qadın və dörd kişinin Moskvaya göndərilməsinə qərar verilib. Onları paytaxta aparmaq üçün Mineralnıye Vodıya xüsusi tibbi avadanlıqla təchiz olunmuş YAK-42 təyyarəsi göndərilib.


Xatırladaq ki, dünən Pyatiqorsk kafelərindən birində partlayış baş verib. Kafenin qarşısında saxlanmış partlayışı yüklənmiş maşın uzaqdan idarəetmə yolu ilə partladılıb. 30-40 qram trotil ekvivalentinə bərabər terror aktı nəticəsində 29 nəfər yaralanıb. Onlardan 23 nəfəri hazırda xəstəxanalarda həkim nəzarəti altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar