26 yaşlı məcburi köçkün intihar etdi
17 avqust 2010 14:30 (UTC +04:00)

26 yaşlı məcburi köçkün intihar etdi

Gənc oğlanın xəstəlikdə əziyyət çəkdiyi bildirilir

Səbail rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonun Badamdar qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə yaşayan, Laçın rayonundan olan məcburi köçkün, 1984-cü il təvəllüdlü Xudayarov Zabit Bəxşeyiş oğlu özünü dəhlizin tavanından asıb.


Mərhumun vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar