Rusiyada azərbaycanlı öldürülüb
16 avqust 2010 18:30 (UTC +04:00)

Rusiyada azərbaycanlı öldürülüb

Sankt-Peterburq sakini olan azərbaycanlı Yekaterinburqda güllələnib.


APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, Sverdlovsk vilayətinin Baş Daxili İşlər İdarəsinin mətbuat mərkəzinin rəhbəri Valeri Qorelıx bildirib ki, qan içində olan meyit Sortirovka rayonunun Drujininsk meşə zolağında, Texniçeski küçəsindəki evin yanında tapılıb.



V.Qorelıxın sözlərinə görə, milis işçiləri hadisə yerindən Makarov tapançasına çox oxşar 2 tapança aşkarlayıblar. Tapançalardan birinin səsboğucusu olub. Bir neçə güllə yarası ilə qətlə yetirilmiş şəxsin üzərində pasportu olduğu üçün kimliyi müəyyənləşdirilib. Öldürülən şəxs Sankt-Peterburq sakini olan azərbaycanlıdır. Lakin mərhumun adı açıqlanmayıb. O da müəyyən olunub ki, o, Yekaterinburqa sərnişin qatarı ilə hadisə baş verəndən bir qədər əvvəl gəlib. İstintaqçılar onun üzərində tapılmış qatar biletinə əsasən bu qənaətə gəliblər.


Faktla bağlı qətl maddəsi ilə cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40