“Azəriqaz” Mədəniyyət və Turizm Nazirliyini məhkəməyə verib
16 avqust 2010 16:00 (UTC +04:00)

“Azəriqaz” Mədəniyyət və Turizm Nazirliyini məhkəməyə verib

Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin də quruma külli miqdarda borcu var



ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) Mədəniyyət və Turizm Nazirliyini məhkəməyə verib.


1 saylı Bakı Yerli İqtisad Məhkəməsindən APA-ya verilən məlumata görə, proses avqustun 19-da hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçiriləcək. “Azəriqaz” nazirliyi 54 min 181 manat 2 qəpik borcunu ödəmədiyi üçün məhkəməyə verib.


Məhkəmədən “Azəriqaz” İB-nin Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzini (TTM) də borc tələbi ilə məhkəməyə verdiyi bildirilir. “Azəriqaz” TTM-in 28 min manat borcunu ödəmədiyini iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar