Dostunu öldürən Gəncə sakininin məhkəməsi başladı
Onun “şalvarını soyun” tələbinə dözməyən 17 yaşlı yeniyetmə qətl törədib
Avqustun 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Gəncə şəhəri sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən 1993-cü il təvəllüdlü Naib Əliyevin cinayət işi üzrə məhkəmə baxışı avqustun 25-ə təyin olunub.
Bu ilin aprelin 16-da Naib Əliyev mübahisə zəminində Etibar Mustafayevi bıçaqla qətlə yetirib. O, E.Mustafayevi öldürdükdən sonra könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gələrək təslim olub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilmiş şəxslə Naib Əliyev hadisədən əvvəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı kafelərdən birində yeyib-içiblər. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisənin səbəbi isə Etibarın Naibdən şalvarını soyunmasını tələb etməsi olub. Mustafayevin tələbinə əməl etməyən Naib Əliyev üzərində gəzdirdiyi bıçaqla ona “Qara Qarayev” metrostansiyasının yaxınlığında bıçaq zərbəsi endirib.
Ağır yaralanan Etibar Mustafayev metroya düşmək istəyib, lakin çoxlu qan itirdiyindən elə stansiyanın girişindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Naib Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Fərid ƏKbərov

462