İş adamının qətlilə bağlı cinayət işi başqa hakimin icraatına verildi
03 sentyabr 2010 14:16 (UTC +04:00)

İş adamının qətlilə bağlı cinayət işi başqa hakimin icraatına verildi

Bakı Apelyasiya Məhkəməsində qətlə yetirilən iş adamı Xanbəyi Zamanovun qatillərinin cinayət işinin hakim icraatına verilməsi ilə bağlı vəsatətə baxılıb. Lent.az-ın məlumatına görə, məhkəmə mərhum iş adamının oğlu Emin Zamanovun vəsatətini təmin edib. Cinayət işinin icraatı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ələkbər Quliyevdən alınaraq digər hakim İlqar Murquzovun icraatına verilib.



Xatırladaq ki, avqustun 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zərərçəkmiş tərəf hakim Ələkbər Quliyevin sədrliyi ilə bu işə obyektiv baxılmasına şübhə etdiyini bildirmişdi. Buna səbəb bir müddət bundan əvvəl Xanbəyi Zamanovun qətlinin sifarişçisi kimi adı hallanan Şakir Hüseynovun işinə hakim Ələkbər Quliyevin baxması olub. Belə ki, Ə.Quliyev Şakir Hüseynov barəsində 5 il şərti azadlıqdan məhrum etmə hökmü çıxarıb. Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü ləğv edərək Şakir Hüseynovu 8 il müddətinə azadlıqdan məhrum edib.



Qeyd edək ki, X.Zeynalovun avtomobilində yandırılmış meyiti 2009-cu il oktyabrın 25-də Balaxanı qəsəbəsindəki yerləşən zibillikdən tapılıb. Onu iş adamının donuzçuluq fermasında işləyən Nemət Abdullayev və Samirə Əzimovanın öldürdüyü müəyyənləşib.


Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.


Onu da qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ələkbər Quliyev fəaliyyəti Məhkəmə Hüquq Şurası tərəfindən qeyri-məqbul hesab edilib və səlahiyyətlərinə xitam verilib.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21