Bakıda “mavi”ləri öldürüənlərin həbsi ilə bağlı rəsmi məlumat yayılıb
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokuorluğu paytaxtın Yasamal rayonunda cinsi azlıqların qətlə yetirənlərin həbs ediləsi ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokuorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 11 avqust 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 546-cı məhəllə, ev 28, mənzil 194-də üzərlərində kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətləri olan iki naməlum kişi meyiti aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib. Aparılmış ilkin araşdırmalarla öldürülənlərin Qasımov Zamiq Qasım oğlu və Kuzmin Yadigar Eldar oğlu olmaları müəyyənləşdirilib.
Bakı şəhər prokurorluğu və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddət ərzində cinayəti törətməkdə şübhəli bilinən Keşlə qəsəbə sakinləri - 1989-cu il təvəllüdlü Ağayev Qəhrəman Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənquliyev Məqsəd Musa oğlu və 1991-ci il təvəllüdlü Muradov Zaur Rafiq oğlu avqustun 14-də tutularaq istintaqa təhvil veriliblər. Dindirmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf edərək Z.Qasımov və Y.Kuzmini tamah məqsədi ilə qəsdən öldürdüklərini və sonunculara məxsus dörd ədəd mobil telefon aparatı, bir ədəd noutbuk kompüterini və cinayətin aləti kimi istifadə etdikləri iki ədəd bıçağı istintaqa təqdim ediblər.
Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq davam etdirilir.
Fərid Əkbərov

444