Rayon prokuroru: “Lənkərandakı insident şəxsi münasibətlər zəminində baş verib”
Bu barədə APA-ya açıqlamasında Lənkəran rayon prokuroru Ramiz Nəbiyev bildirib. Hadisənin dini zəmində baş verməsi barədə yayılmış şayiələri inkar edən R. Nəbiyev hazırda faktla bağlı istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib: “Hadisə Qumbaşı kənd məscidinin yaxınlığında baş verib. Bir qrup Masallı sakini orda insident yaradıb. Hazırda tərəfimizdən hadisə şahidlərinin dindirilməsi həyata keçirilir. Faktla bağlı hələlik həbs olunan yoxdur”.
Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına yığışmış yerli sakinlərə “Vinçestr” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov APA-nın yerli bürosuna müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.
Hadisə ilə bağlı Lənkəranın hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.

1252