Lənkəran RİH-in şöbə müdirinin oğlu özünü asıb
Sentyabrın 2-də gecə saat təxminən 23:30-da Lənkəran şəhərində ağacdan asılmış meyit aşkar edilib. Lənkəran rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Səttarxan küçəsində yaşayan 28 yaşlı Cavid Qəni oğlu Nəsirov elə həmin küçədə yaşayan xalasıgilin həyətində özünü asıb.
Mərhumun Lənkəran rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən Məlahət Nəsirovanın oğlu olduğu bildirilir. Hadisənin səbəbləri rayon prokurorluğunda araşdırılır.
Vüqar Baba
Mərhumun Lənkəran rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən Məlahət Nəsirovanın oğlu olduğu bildirilir. Hadisənin səbəbləri rayon prokurorluğunda araşdırılır.
Vüqar Baba
677