Ucarda oğulu öldürüb, atanı ağır yaralayan şəxsin məhkəməsi başladı
26 iyul 2010 12:45 (UTC +04:00)

Ucarda oğulu öldürüb, atanı ağır yaralayan şəxsin məhkəməsi başladı

İyulun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ucarda ata ilə oğulu güllələyən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Feyzullayevin cinayət işi üzrə məhkəmə baxışı avqustun 2-nə təyin edilib.

İttihama görə, aprelin 12-də gecə saatlarında Ucar rayonunun Qazıqumlaq kənd sakini Namiq Feyzullayev həmkəndliləri Eldəniz Salahov və onun atası Məhəmmədəli Salahovu ov tüfəngi ilə güllələyib. Hadisə nəticəsində ağır güllə yarası alan Eldəniz Salahov xəstəxanada dünyasını dəyişib, atası Məhəmmədəli isə ağır yaralanıb.



Qeyd edək ki, Namiq Feyzullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar