Bakıda iş adamını ölüdürəndən sonra meyitini yandıran şəxslərin məhkəməsi başladı
İyulun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhəri sakinlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Ələkbər Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nemət Abdullayev və Samirə Əzizovanın cinayət işi üzrə məhkəmə baxışı avqustun 2-nə təyin edilib.
İttihama görə, 2009-cu il oktyabrın 25-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən zibilliyin ərazisində Balaxanı-Binəqədi avtomobil yolunun sol kənarında yanmış vəziyyətdə “Azsamand” markalı avtomaşın, həmçinin içərisində avtomaşın sahibinin - 1957-ci ildə Şərur rayonunda anadan olmuş və Nərimanov rayonunda pasport qeydiyyatında olan Xanbəyi Zamanovun yanmış meyiti aşkar edilib.
Aparılmış istintaqla müəyyən edilib ki, həmin gün Balaxanı qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasında işləyən və orada yaşayan Nemət Abdullayev Xanbəyi Zamanovu qəsdən öldürmək məqsədilə, onu fermada birgə işlədiyi və ər-arvad kimi yaşadığı Samirə Əzimova ilə tanış etmək bəhanəsi ilə aldadaraq görüşə dəvət edib. Balaxanı qəsəbəsində Nemət Abdullayev Xanbəyi Zamanovu Samirə Əzimova ilə tanış edib və Samirə Xanbəyinin idarə etdiyi avtomaşının qabaq oturacağında, Nemət isə arxa oturacaqda əyləşiblər. Xanbəyi Zamanovdan onu maşınla fermaya qaytarmasını xahiş edən Nemət donuzçuluq fermasına gedən yolda qanunsuz gəzdirdiyi “Naqan” tipli tapança ilə boynunun arxasından bir dəfə atəş açaraq Xanbəyini qətlə yetirib, sonra isə cinayətin izini itirmək məqsədilə avtomaşını meyitlə birlikdə benzin tökərək yandırıb.
Hüquq-mühafizə orqanlarıın əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Samirə Əzimova və Nemət Abdullayev cinayəti törətməkdə şübhəli bilinərək tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittham olunurlar.
Fərid ƏKbərov

459