Avropa çempionumuz göldə boğuldu
Azərbaycan samboçusu, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mikayıl Orucov dünyasını dəyişib.
18 yaşlı idmançı Gürcüstanda göldə çimərkən boğulub.
Lent.az-ın “apasport.az” saytına istinadən verdiyi məlumata görə, bu barədə idmançının şəxsi məşqçisi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, Orucov qonşu ölkəyə hansısa turnirdə iştirak etmək üçün yollanmayıbmış: “Orucov səfərə Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə yollanıb. Günorta nahardan sonra 5-6 uşaqla birgə gölə çimməyə gediblər. Lakin suda qıc olub və üzə bilməyib. Nəticədə boğularaq, dünyasını dəyişib”.
Qeyd edək ki, Dmanisidəki göldə həyatını itirən Orucovun cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.

462