Məhbus anaya 2 yaşlı övladı ilə görüşə icazə verilməyib
Azərbaycan türklərinin milli-mədəni və qanuni haqlarını tələb etdiklərinə görə, Tehran hakimiyyəti azərbaycanlı ziyalıları həbs etməklə yanaşı, saxlanıldıqları təcridxanada onlara fiziki-mənəvi işgəncələr də verməkdədir.
ETTELAAT-ın Təbrizdəki yerli şöbəsinin təcridxanasında saxlanılan Əkbər Azad və Şəhram Radmehr ailə üzvləri ilə telefon danışığı zamanı saxlanıldıqları şəraitin pis və ağır olduğunu bildiriblər.
Məlumata əsasən, iki aydan artıqdır təcridxana saxlanılan bu ziyalıların sağlığında problemlər var. Əkbər Azadın mədəsində qanaxma baş verib.
Qeyd edək ki, Əkbər Azad ötən illərdə Babək qalasına yürüşdə iştirakına görə inqilab məhkəməsinin Kəleybərdəki (Güney Azərbaycanın Qaradağ mahalında şəhər) yerli şöbəsi Ə.Azad barəsində həbs qərarı vermişdi.
O, uşaqların təlim və tərbiyəsi ilə məşğul olan “Çiçəklər quruluşu”nun, Azərbaycan mədəni dərnəklər birliyinin, dil və milli-mədəni ocağının təsisçilərindən olmaqla yanaşı, Tehranda Azərbaycan türkcəsində çıxan “Varlıq” dərgisinin yazarlarındandır. Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı Ə.Azad çoxlu sayda məqalələr yazıb.
Bir ay öncə ETTELLAT məmurları tərəfindən tutulmuş qadın hüquq müdafiəçisi Zəhra xanım Fərəczadəyə isə 2 yaşlı övladı ilə görüşməyə imkan yaradılmamaqla mənəvi işgəncə verilib. Lent.az-ın “GünAzTv”-yə istinadən məlumatında bildirilib ki, ETTELAAT-ın yerli şöbəsi əvvəlcə bu görüşə icazə verib. Ancaq ailə üzvləri və 2 yaşlı uşaq bir neçə saat bu görüşü gözləsə də təcridxana məmurları öncədən verdikləri sözün üstündə durmayıblar. Ailə üzvləri təcridxananın 37-ci otağında gözlədikdən sonra pərişan halda oranı tərki ediblər.
Xatırladaq ki, Zəhra xanımını həyat yoldaşı Ayət Mehrəlibəyli də ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılır. O, 3 aya yaxındır həbs olunub.
Zəhra xanım Tehran Tibb Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. O, qadın hüquqlarını müdafiə etməklə yanaşı, Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunması uğrunda mübarizə edənlərdəndir.
Sədrəddin Soltan

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54