Mingəçevir şəhər polis şöbəsinin rəisi Ələsgər Bədəlov: “Əlində bıçaq və balta olan şəxsin icra hakimiyyəti binasına girməsinin qarşısı alınıb”
Mingəçevir şəhər sakini özünü bıçaqlayıb. Şəhər polis şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov APA-nın yerli bürosuna bildirib ki, Mingəçevir şəhər sakini, 1961-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş Zeynalov Nizami Həmzə oğlu iyulun 21-də sərxoş vəziyyətdə əlində balta və bıçaqla icra hakimiyyəti başçısının qəbuluna gedib: “İcra hakimiyyətinin binasını mühafizə edən polis əməkdaşı sərxoş vətəndaşın təkidlə içəri daxil olaraq əlindəki bıçaq və balta ilə işçilərə hədə-qorxu gəldiyini görüb və onu zərərsizləşdirmək üçün 102 nömrəli "Qaynar xətt" telefonuna zəng edərək polis əməkdaşlarını köməyə çağırıb. Ələsgər Bədəlovun sözlərinə görə, Nizami Zeynalov icra hakimiyyəti aparatının işçilərini və polisi təhqir edərək yaşadığı evə qayıdıb. Polis şöbəsinin əməkdaşları faktla bağlı onun izahatını almaq üçün evinə getsələr də, müqavimətlə qarşılaşıblar. Polislər ona yaxınlaşdıqda o, əlindəki bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Nizami Zeynalov zərərsizləşdirilərək polis şöbəsinə gətirilib, ondan izahat alınıb və sərxoşluğu ilə bağlı həkim müayinəsindən keçirilib.
Polis rəisi Ələsgər Bədəlov məsələ ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirərək qeyd edib ki, polis əməkdaşları qanunda nəzərdə tutulmuş vəzifəsini yerinə yetirib və sərxoş, əli silahlı şəxsin dövlət idarəsinə və onun işçilərinə hücumunun qarşısını alıb: “Ötən il həyat yoldaşını bıçaqlayaraq məhkum olunan Nizami Zeynalov qəzetlərdə yalan yazılar dərc etdirməklə polis haqqında mənfi rəy yaradır”.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silah və ya silah qismində olan əşyaları tətbiq etməklə xuliqanlıq) cinayət işi açılıb, araşdırma aparılır. Nizami Zeynalov bu gün həbs edilərək istintaqa təhvil veriləcək.

1658