Arvadını öldürən Quba sakininə 14 il həbs cəzası verildi
İyulun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını öldürməkdə təqsirləndirilən Quba rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Mahmud Güləliyevə hökm oxunub. Hökmə əsasən, M. Güləliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin fevralın 16-da Quba rayonunun Rustov kəndə sakini Mahmud Güləliyev həyat yoldaşı 35 yaşlı Gültəkin Güləliyevanı yataq otağında balta ilə qətlə yetirib. M. Güləliyev məhkəməyə və ibtidai istintaqa ifadəsində arvadını bir il bundan əvvəl itkin düşən anası Səriyyə Güləliyeva ilə əlaqədar öldürdüyünü bildirib. O, anasının yoxa çıxmasında həyat yoldaşının günahkar olduğunu deyib.
Fərid ƏKbərov

396