Mingəçevir İcra Hakimiyyətinin binasında insident
Mingəçevirdə içkili şəxs Şəhər İcra Hakimiyyətinin binası qarşısında xuliqanlıq edib. Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 21-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısında, ağır dərəcəli sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş şəhər sakini Nizami Zeynalov xuliqanlıq zəminində İcra Hakimiyyətinin işçilərini təhqir edib. Daha sonra o, Puşkin küçəsi ev 12-nin qarşısında isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq bıçaqla özünə xəsarət yetirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Fərid Əkbərov
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Fərid Əkbərov
632